TÖVSİYƏ XƏBƏRLƏR

Vasif Talıbovun qardaşının yerinə təyinat olub

Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayev tutduğu vəzifədən azad edilib. Bu barədə 30 dekabr tarixində Report məlumat verib.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun digər əmrinə əsasən, o, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini vəzifəsinə təyin olunub.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a təsdiqləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini daha əvvəl Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx