Vətəndaşlar 20-dən çox silah-sursatı polisə təhvil veriblər. Bu barədə 8 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ov tüfəngi, 3 qumbara, 12 ədəd müxtəlif çaplı patron və güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşya təhvil götürülüb, həmçinin 3 ov tüfənginin tapılması təmin edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 5 vətəndaşdan 6 ov tüfəngi aşkar edilərək götürülüb.