Vergi ödəyiciləri tərəfindən vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənildiyi zaman “Büdcə səviyyə kodu” düzgün qeyd olunmur. Nəticədə ödənişlərin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə işlənilməsində çətinliklər yaranır. Bu barədə məlumatı 5 avqust tarixində Dövlət Vergi Xidmətinin əməkdaşı bildirib.
Onun sözlərinə görə, vergi ödəyiciləri bücdə ödənişləri həyata keçirdikləri zaman, “Büdcə səviyyə kodu” 1 olaraq, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişlər həyata keçirilən zaman 4, icbari tibbi sığorta haqqları üzrə 7 kodu geyd etməlidirlər.
Vergi ödəyiciləri ödənişləri onlayn kargüzarlıq alt bölməsi, Hökümət Ödəniş Portalı və ExpressPay ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər. Aparılmış hər bir əməliyyata görə minimum 40 qəpik olmaqla ödənilmiş məbləğin 0,15% həcmində xidmət haqqı tutulur.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.