TÖVSİYƏ XƏBƏRLƏR

Vilyam Hacıyevə hökm oxuyan hakim məhkəmə sədri təyin edilib

Qaradağ rayon Məhkəməsinə sədr təyin edilib. Bununla bağlı 28 dekabr tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azər İslah oğlu Paşayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Qeyd edək ki, Azər Paşayev bir çox məşhur işlərdə hakim olub. Son olaraq o, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işində hakim olub. Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx