TÖVSİYƏ XƏBƏRLƏR

Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub. Bu barədə Report mayın 24-də xəbər yayıb.

Təqsirləndirilən şəxsə məxsus 5 344 000 manat dəyərində daşınmaz əmlak və daşınan əmlakın üzərinə həbs qoyulub. Vilyam Hacıyevə məxsus əmlaklar onun həyat yoldaşı və oğlunun adına rəsmiləşdirilib.

Üzərinə həbs qoyulmuş əmlakların tam siyahısı:

– Həyat yoldaşının adına rəsmiləşdirilmiş Bakıda Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri – 1 852 000 manat);

– Həyat yoldaşının adına rəsmiləşdirilmiş Bakıda Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri – 275 000 manat);

– Həyat yoldaşının adına rəsmiləşdirilmiş Xırdalanda 4 mənzil (orta bazar dəyərləri 67 000, 86 000, 74 000, 65 000 manat);

– Həyat yoldaşının adına rəsmiləşdirilmiş Nardaranda ev (orta bazar dəyəri 2 626 000 manat);

– Həyat yoldaşının adına rəsmiləşdirilmiş “BMW X5” markalı minik avtomobili (orta bazar dəyəri 22 000 manat);

– Oğlunun adına rəsmiləşdirilmiş “Land Rover” markalı minik avtomobili (orta bazar dəyəri 126 000 manat);

– Həyat yoldaşının təsisçisi olduğu “Xəzər-222” MMC-nin adına sənədləşdirilmiş “BMW 740-İ”, “Bentley Continental GT”  markalı minik avtomobilləri,  (orta bazar dəyərləri 33 000, 118 000 manat).

Qeyd edək ki, Vilyam Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Daha sonra o həbs edilib.

5 COMMENTS

guest
5 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
25 May 2022, 23:48

Azadligdan 15 il mehrum olsun

Anonim
Anonim
26 May 2022, 0:24

Ay Allah başına daş salsın necədə saldı neyniyirdin bu qədər evi nəyinə lazımıydı indi də həbdxanada olmazdın

Anonim
Anonim
27 May 2022, 10:26

MƏN ONU DOĞRU BİR ADAM KİMİ TANIYIRDIM , HEYİF , ÜRƏYİMDƏN HEYKƏLİNİ UÇURTDU .

Anonim
Anonim
29 May 2022, 0:56

Vilyam Hacıyev Məmi Atakişiyev İmran oğlu Mer vəzifəsinə təyin edəndə 70.000 pul alıb vəzifəyə qoyub 10.04.2014 ildə 71 saylı sərəncama əsasən heyvandarlıq inkişaf məksədi üçün Qostfondu ğşlağ örüş sahəsindən 15 il müddətində 3.4.5.7.663.0 Hektar sahənin icarəyə Atasoniya -İ MMC kamersya şirkətinə vermişdir Həmin ildə Məmi Atakişiyev İmran oğlu 250 Hektar sahənin yaşlığın ağacların melarasiya işlərini aparmaq şəxsi maraqlarına xidmət görə vəzifəsində Suyi istifadə edərək əkərəyə ceviribdir və Vilyam Hacıyev Atasoniya -İ MMC kamersya şirkətinə 41 saylı sərəncama əsasən vermişdir Bu növ məmur özbaşınalığna Vilyam Hacıyev İstintaq və cinayəti işində yoxdur səbəb nədir

Anonim
Anonim
31 May 2022, 15:17

Hələ bu görünən tərəfidir, vay-vay

5
0
Rəy bildirinx