TÖVSİYƏ XƏBƏRLƏR

Vizasız gedə biləcəyimiz ölkələr: yayda bir həftəlik istirahətə nə qədər pul xərclənəcək?

İnsanoid Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi 6 ölkə haqda araşdırma aparıb. Gürcüstan, Türkiyə, Monteneqro, Bosniya və Herseqovina, Malayziya, Livana səyahət etmək üçün 5-12 iyun tarixlərinə biletlərin və hotellərin orta qiyməti müqayisə edilib:

Tbilisiyə ilk dəfə səyahət edənlərə köhnə şəhərə getmək məsləhət görülür. Həmçinin Mtatsminda dağının üstündə yerləşən Narikala qalası şəhərin ən görməli yerlərindən biri sayılır.

Kanat yolu – şəhərin ən əlamətdar atraksionu kimi tanınır. Kanatdan istifadə etmək üçün 1 lari ödəməlisiniz.

Batuminin mərkəzində yerləşən və sahilə paralel uzanan 7 kilometrlik bulvar heykəllər, parklar, kafelər və restoranlarla zəngindir.

Müsəlman azərbaycanlı gəncin xristian gürcü qıza məhəbbətini təsvir edən “Əli və Nino” abidəsi Qara dəniz sahilindəki zolaqda yer alır. Axşam fiqurlar hər 10 dəqiqədən bir bir-biri ilə üz-üzə gəlirlər. Bundan sonra əks-proses başlayır və sonradan “görüş və ayrılıq” təkrarlanır. Abidənin saat 19:00-dan başlayaraq işıqlandırılması da xüsusi görüntü yaradır.

İstanbul boğazını ziyarət etmək üçün ən asan yollardan biri şəhərin müxtəlif nöqtələrində təşkil edilən turlardır. Müddəti, adətən, 1 – 2 saatdır.

Topkapı Sarayı 4 əsr Osmanlı imperiyasının inzibati, təhsil və bədii mərkəzi olaraq istifadə edilirdi. Muzeyə girişin qiyməti bir nəfər üçün 420 lirədir (48 manat). Şəhərdə bir çox məşhur məscidləri ziyarət etmək olar: Ayasofya, Sultanahmet, Süleymaniye, Eyüp Sultan və s.

Qalata qülləsi İstanbulun əsas simvollarındandır. Gözəl mənzərəsi olan tarixi qülləyə giriş üçün adambaşı 130 lirə (15 manat) ödəmək lazımdır.

Antalyada yerləşən Likiya şəhərinin ellinizm dövründə əsası qoyulduğu güman edilir. Burada romalılar tərəfindən inşa edilmiş antik şəhər, məbəd, teatr var.

Şəhərdə Düden, Kurşunlu və Manavgat şəlalələrini görmək olar. Bununla yanaşı, 7 kilometr sahil sahəsini əhatə edən Konyaaltı çimərliyinə də getmək olar.

Antalya Akvariumu Avropada 2-ci, dünyada isə 5-cidir. Böyüklər üçün girişin qiyməti 45 avro (81 manat), uşaqlar üçün isə 40 avrodur (71 manat).

Tivat – Monteneqronun Adriatik dənizinin sahilində yerləşən şəhəridir. Şəhərdaxili səyahət taksi ilə 2- 5 avroya (4 – 9 manata) başa gəlir. 14 avroya (25 manat) isə qonşu kəndlərə gedə bilərsiniz. “Marina Porto”da restoranlar, mağazalar, hotellər və PuroBeach çimərlik klubu olduğu üçün turistlərin marağına səbəb olur.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bütün muzeylər kiçikdir və onların əsaslarını ziyarət etsəniz, 2 gün bəsdir. Eyni zamanda, Sarayevodan Mostar şəhərinə getmək məsləhət görülür. Oraya 2 – 3 saata avtobus və ya qatarla getmək mümkündür.

Bukit Bintang Kuala-Lumpurun ən məşhur, hərəkətli və populyar bölgəsidir. Gündüz mərkəzlərdə alış-veriş etmək, gecə isə ətrafda yerləşən restoran və əyləncə klublarında vaxt keçimək mümkündür.

Batu mağaraları şəhər mərkəzindən 15 kilometr məsafədə yerləşən hindular üçün müqəddəs ibadət yeridir. 43 metr yüksəklikdə, Lord Muruganın heykəlinin yerləşdiyi mağara da dünyanın ən böyük Hindu məbədidir.

Beyrut Aralıq dənizi sahillərindəki bir yarımadada yerləşməklə barəbər, ölkənin ən əsas və böyük limanına sahibdir. Şəhərdə bir çox muzeylər, ibadət evləri, Roma dövrünə aid yaşayış sahələri var.

2 COMMENTS

guest
2 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Emiliya
Emiliya
10 May 2022, 12:44

Tam yerinə gəldi bu məqalə. Mən də Sarayevoya getməyi planlaşdırıram, indi isə daha da həvəsləndim))

Anonim
Anonim
17 May 2022, 0:31

Monteneqroya getməyə dəyər. Çox gözəldi. Ordan Albaniyaya, Bosniyaya bir günlük turlar da var. Otelimiz Budva şəhərində idi, ordan ölkənin çox maraqlı yerlərinə gəzinti təşkil olunur. ( ödənişli tur).

2
0
Rəy bildirinx