TÖVSİYƏ XƏBƏRLƏR

Vladimir Putin İlham Əliyevə zəng edib

Noyabrın 22-də Vladimir Putin İlham Əliyevə zəng edib. Bu barədə President.az xəbər verib.

Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin əvvəlki birgə bəyanatlarının praktiki olaraq yüksək səviyyədə icrası məsələləri nəzərdən keçirilib.

Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx