TÖVSİYƏ XƏBƏRLƏR

Vladimir Putin Mahaçqaladakı hadisələrlə bağlı müşavirə keçirəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün axşam saatlarında geniş tərkibdə müşavirə keçirəcək. O, həmçinin Mahaçqala Hava Limanındakı iğtişaşları müzakirə edəcək. Bunu Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Bu barədə 30 oktyabr tarixində Report Rusiya KİV-yə istinadən məlumat verib.

Onun sözlərinə görə, V.Putin oktyabrın 29-u axşamdan etibarən Dağıstandakı vəziyyətlə bağlı Federal Təhlükəsizlik Xidmətindən, Rusiya Qvardiyası və respublika rəhbəri Sergey Melikovdan ətraflı hesabatlar almağa davam edir: “Dünənki hadisələrin xarici addımların nəticəsi olduğu hamıya aydındır”.

D.Peskov, həmçinin qeyd edib ki, Prezident müşavirə zamanı Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini də müzakirə edəcək.