uşaq, körpə

Övladlarını küçəyə atan valideynləri hansı cəza gözləyir?

Avqustun 30-da gecə saatlarında Gəncə şəhərində polis əməkdaşlarına 5-6 aylıq kimsəsiz uşaq tapıldığı bildirilib. Ötən ay Sumqayıt, Ucar və Ağcabədidə körpə uşaqların valideynləri tərəfindən küçəyə atılması hadisəsi qeydə alınmışdır.

Psixoloqlar belə vəziyyətin yaranmasına səbəb kimi qadınların erkən yaşda qanundan kənar nikahlarını əsas göstərirlər. Nəticə olaraq da həmin qadınlar körpələrini ortaya çıxarmamaq üçün övladlarını dünyaya gətirən kimi ya uşaq evlərinin yanına, ya da zibil qutularına atırlar.

Uşaqların atılması ilə bağlı qanunvericilikdə valideynlər üçün birbaşa məsuliyyət nəzərdə tutulmayıb. Lakin şəxsin təhlükəli vəziyyətdə qoyulması ilə bağlı hüquqi məsuliyyət var.

Köməksiz vəziyyətdə olan şəxsin həyatına təhlükə yaratmış şəxs, yəni körpəsini küçəyə atmış valideyn müvafiq maddə əsasında 1000 manatdan 1500 manatadək cərimə oluna, bir ilədək sınaq işləri və ya 6 aylıq həbslə cəzalandırıla bilər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Övladlarını küçəyə atan valideynləri hansı cəza gözləyir?”

Tövsiyə xəbərlər