TÖVSİYƏ XƏBƏRLƏR

Voleybol federasiyası Naxçıvanda uşaq və yeniyetmələrin seçimini aparır

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri və yeniyetmə və gənc qızlardan ibarət millinin baş məşqçisi Şahin Çatma Naxçıvana səfər ediblər. Bu barədə Report 29 sentyabr tarixində xəbər verib.

Məqsəd burada uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsidir.

Səfərdə ilk olaraq, Naxçıvanda təşkil olunan seleksiya məşqi izlənilib. Uşaq və yeniyetmə idmançıların iştirak etdiyi məşqlər zamanı müvafiq kriteriyalara uyğun voleybolçuların qeydiyyatı aparılıb.

Şahin Çatma, həmçinin bir neçə orta məktəbdə olub. O, burada uşaqlarla görüşüb, onlara voleybol idman növü ilə bağlı məlumatlar verib, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıb.