Rusiya polisi Voronej şəhərində yerləşən restoranların birində azərbaycanlıların keçirdiyi məclisə basqın edib. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 15 noyabr tarixində xəbər verir.
Məclisdə iştirak edən şəxslərin sənədləri yoxlanılıb, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verilib.
Bu yaxınlarda Rusiya hüquq-mühafizə orqanları ölkənin Sankt-Peterburq şəhərində yerləşən “Kurakina dacha” adlı restoranda azərbaycanlıların toyuna basqın edib. Nəticədə məclis yarımçıq qalıb. İlkin məlumata görə, Sankt-Peterburqun hüquq-mühafizə orqanlarının əməkdaşları məclisdə iştirak edən bütün şəxslərin sənədlərini yoxlayıblar. Beş nəfərin saxlanıldığı barədə məlumat verilib.
Rusiya polisinin kobud şəkildə keçirdiyi sadalanan əməliyyatlar bu ölkədə yaşayan azərbaycanlıların hiddətinə səbəb olub.