Vüqar Babazadə: “ƏDV yığan adamlara pis baxıram”

Vüqar Babazadə: “ƏDV yığan adamlara pis baxıram”

Vüqar Babazadə adlı şəxsin ƏDV çeklərini yığanlarla bağlı fikri birmənalı qarşılanmayıb. Bu barədə İnsanoid 24 yanvar tarixində xəbər verir.

Sosial şəbəkədə ƏDV-dən qayıdan məbləğləri yığanları bəyənməyən yazıçı buna ehtiyacı olanlara hər ay 3 manat göndərməyə hazır olduğunu bildirib.

Vüqar Babazadə adlı şəxs öz səhifəsində bu barədə yazıb:

“ƏDV yığan adamlara pis baxıram. Adam gərək çürükçülük eləməsin. Təzə tanış olduğum adamlardan soruşduğum ilk sual bu olur: “ƏDV yığırsan?”. Əgər yığırsa, ondan dərhal uzaqlaşıram. Salam da vermirəm. ƏDV yığan adamların hamısı bir-birinə oxşayır. Özləri haqqında həmişə yüksək fikirdə olurlar, ən xırda problemi böyüdürlər, həyatda ancaq özlərini fikirləşirlər. İnanmıram ki, Folkner, Selincer, Qorki oxuyan adamlar ƏDV yığsın. Mümkün deyil. Görürsən normal adamdır, amma ƏDV yığır. QR kodu yolda zadda oxudanlar var. Dözə bilmirlər, çeki alan kimi marketin ortasında barkod oxudurlar. Biabırçılıqdır. Vay, vay, vay. Adam nə qədər cılız olar ki, 3-5 köpüyə görə belə əziyyət çəkər? Vallah, eləməyin elə şeylər. Ayda 3 manat qazanacaqsız. Gəlin, allahhaqqı, hər ay mən sizə 3 manat verəcəm. Adam gərək özünə hörmət eləsin”.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx