Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri bəlli olub

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərindəki “Tata Steel Chess” turnirində məlum olub. Bu barədə 3 fevral tarixində Report “Vüqar Həşimov” Şahmat Fonduna istinadən məlumat verib.

Məlumata əsasən, mükafatla yarışın bağlanış mərasimində əsas və “challenge” yarışı üzrə fərqlənən qrossmeysterlər təltif ediliblər.

Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və “challenge”in iştirakçısı, türkiyəli Mustafa Yılmaza verilib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx