TÖVSİYƏ XƏBƏRLƏR

“WhatsApp” messencerdə “kanallar” fəaliyyətə başlayıb

“WhatsApp” messencerində “kanal” funksiyası istifadəyə verilib. Bu barədə İnsanoid bu gün, 14 sentyabr tarixində xəbər verir.

Şirkət çərşənbə günü, sentyabrın 13-də rəsmi bloqunda bu haqda məlumat yayıb:

“Biz 150-dən çox ölkədə “kanallar” funksiyasını işə salırıq ki, istifadəçilərimiz onlar üçün maraqlı olan yenilikləri özəl olaraq ala bilsinlər”.

Əvvəlcə “kanallar” yalnız on ölkədə mövcud olub. Qlobal təqdimatın bir hissəsi olaraq, funksiya yeni parametrlər əldə edib. Yeniliklər arasında “kanalların” təkmilləşdirilmiş kataloqu, reaksiyalar təyin etmək və çatlara, yaxud qruplara yeniləmələr göndərmək imkanı var.

“Tezliklə adminlər dərc edildikdən sonra 30 gün ərzində yeniləmələri redaktə edə biləcəklər. Bu müddətdən sonra yeniləmələr avtomatik olaraq serverlərimizdən silinir”, – şirkət əlavə edib.

“WhatsApp” həmçinin əmin edib ki, “kanal” yaratmaq imkanı yaxın aylarda hər bir istifadəçi üçün əlçatan olacaq.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx