TÖVSİYƏ XƏBƏRLƏR

“Whatsapp Plus” işlədənlərin hesabları silinir

Son günlər sosial şəbəkələrdə istifadəçilər “Whatsapp” hesablarının bloklanması ilə bağlı məlumatlar paylaşırlar. Bu barədə Xəzər Tv 14 mart tarixində xəbər verib.

“WhatsApp” bu addımı öz prestijini qorumaq üçün atıb.

Həmin hesabların blok olunmasının əsas səbəbi “Whatsapp Plus”dur. Qeyri-rəsmi mobil proqramdan istifadə hesablarınızın bloklanmasına səbəb olur.

Alexmods tərəfindən hazırlanmış və nəşr olunan “WhatsApp Plus” tətbiqi rəsmi “WhatsApp” tətbiqində olmayan funksiyaları təmin etməklə istifadəçilərinə fərqli “WhatsApp” təcrübəsi təqdim edən qeyri-rəsmi mobil proqramdır.

“WhatsApp Plus” rəsmi mobil proqram olmadığı üçün onu proqram mağazalarında tapa bilməzsiniz. Siz onu “APK” ( Android Proqram Arxivi ) olaraq yükləməli və manual olaraq quraşdırmalısınız.

“WhatsApp Plus”un istidadəçilər üçün zərərləri hansılardır?

1) “WhatsApp” hesabınızı itirə bilərsiniz;

2) Mesajlarınızın məxfiliyi təhlükə altına düşər;

3) Cihazınız zərərli proqramlara yoluxa bilər;

4) Rəsmi mənbədən yeniləmələri qəbul etmir;

5) Cihazınızı reklamlarla doldura bilər.

13 COMMENTS

guest
13 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
17 Mart 2023, 10:24

Salam məndə 2 dənə vatsap + var hələm 2 də işləyir.! Bir söz soruşum vatsap+ bloka atsa adi vatsapda qeydiyyat keçmək oluurmu??

Anonim
Anonim
Cavabla  Anonim
17 Mart 2023, 11:54

Olmur qardaşım, hesab silinir, büten mesajlar şəkillər gedir.

Anonim
Anonim
Cavabla  Anonim
20 Mart 2023, 12:07

Olmur məndə də votsap silindi nəqədər çalışdım acmaq mümkün olmadı,məcbur olub başqasının adına nömrə aldım

Anonim
Anonim
17 Mart 2023, 11:52

Whatsapp plus telefonları reklamla doldurmur. Neçə ildi istifadədədir. Elə bir məqsədləri olsaydı əvvəədən edərdilər.

Anonim
Anonim
17 Mart 2023, 12:15

İndi deyirsiz vassap plusu silib, adi vassapı işlədək??

Anonim
Anonim
17 Mart 2023, 13:54

Menim Whatsapim dunen 2 gun evvel yenilenmeli idi. Azi yuz defe yuklemişem,fayl enir,amma tetbiq quraşdirilmir. Neden olar,bilen varsa deyin dee,xahiş edirem.

Anonim
Anonim
Cavabla  Anonim
17 Mart 2023, 16:09

vp plusun kecmisn sil önbelikleri düzelecey

Anonim
Anonim
17 Mart 2023, 16:38

Hədə qorxu gəlirsizdə

Anonim
Anonim
18 Mart 2023, 12:22

Silinmesin de🥺🥺

Anonim
Anonim
18 Mart 2023, 18:08

Bos sohbetdi men fakt isledirem hecnede olmayib normalda isleyir

Anonim
Anonim
19 Mart 2023, 19:32

Heçnə bir başa peysərdiler

Anonim
Anonim
23 Mart 2023, 23:58

Whatcapp meni blok etdi niye??men indi nece edim??

Anonim
Anonim
29 Aprel 2023, 10:47

Menimde whatsap plusum oz lzune silindi. Sekil video hecbir yoxdur xais edirem komek ede bilersiz

13
0
Rəy bildirinx