XİN: Azərbaycan tender ilə bağlı etirazını Rusiya tərəfinə çatdırıb

Azərbaycanın XİN Rusiyanın Müdafiə Nazirliyinin elan etdiyi tenderdə qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib. Qurum bu barədə sentyabrın 4-də məlumat yayıb.

“Bu məsələ ilə bağlı Azərbaycanın XİN etirazını dərhal Rusiya tərəfinə çatdırıb. Qarşı tərəf məsələnin texniki səhv olduğunu və aradan qaldırılması üçün müvafiq addımların atılacağını ifadə edib”, – nazirliyin məlumatında qeyd olunub.

Dünən, sentyabrın 3-də Rusiya Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elan edib. Sözügedən elanda sülhməramlıların xidməti zonası kimi Azərbaycan yox, “Dağlıq Qarabağ Respublikası” göstərilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “XİN: Azərbaycan tender ilə bağlı etirazını Rusiya tərəfinə çatdırıb”

Tövsiyə xəbərlər