XİN

XİN: Ermənistan işğal dövründə mindən çox təhsil müəssisəsi və uşaq bağçasını tamamilə məhv edib

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib. Bu barədə XİN-in 9 sentyabr məlumatında deyilir.

Azərbaycan ərazisindəki təhsil müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq heç bir fərq qoyulmadan atəşə məruz qalıb. Məktəblilər və təhsil personalı təhlükə altında tədris prosesində iştirak edib.

Ötən il baş vermiş 44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri qəsdən hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb.

Xarici İşlər Nazirliyi Ermənistandan onlar tərəfindən törədilmiş müharibə cinayətlərinə dair çoxsaylı faktları araşdırmaq və bu cinayətləri törədənləri məsuliyyətə cəlb etməyi tələb edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “XİN: Ermənistan işğal dövründə mindən çox təhsil müəssisəsi və uşaq bağçasını tamamilə məhv edib”

Tövsiyə xəbərlər