Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibələr 16 və 17 sentyabrda S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçiriləcək. Bu barədə Təhsil Nazirliyi sentyabrın 14-də məlumat yayıb.
Müsahibəyə 80 namizəd dəvət edilib. İştirakçılarda aşağıdakı sənədlərin olması zəruridir:
- şəxsiyyəti təsdiq edən sənəd
- ali və ya orta ixtisas, magistratura və yenidən hazırlanma təhsili haqqında sənədin əsli və onun əlavəsi
- xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.
Bu mərhələdə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.
Qeyd edək ki, vakansiya seçimi 7-9 sentyabr tarixlərində həyata keçirilib və seçimlərdə 2138 nəfər iştirak edib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.