Sentyabrın 25-də saat 05:25 radələrində Xəzər dənizində köməksiz vəziyyətdə qalmış qayığın 3 nəfər heyəti xilas edilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən sentyabrın 28-də məlumat verilib.
Sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahildən təxminən 7 kilometr məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkarlanıb.
Üzmə vasitəsinin heyəti təxliyə olunub, onlara ilkin tibbi yardım göstərilib. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri olmaları müəyyən edilib.