TÖVSİYƏ XƏBƏRLƏR

Xəzər dənizində qanunsuz ov edən şəxs saxlanılıb

Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu haqda yanvarın 14-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Report-a məlumat verib.

Məlumata əsasən, saxlanılan Bakı şəhər sakinindən qadağan olunmuş ov alətləri götürülüb.

Bununla yanaşı, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bərdə, Qəbələ, Füzuli rayon və Bakı şəhər sakinləri saxlanılıb.

Sözügedən şəxslər barəsində protokol tərtib olunub.