Xəzər sahilində suitilərin tələfatının səbəbləri nədir?

Sentyabrın 10-da Xəzərin Mərdəkan sahilində iki ölmüş suiti aşkarlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Axundov deyib. O, ölən suitilərin üzərində kəsik izləri müəyyən edildiyini qeyd edib.

Suitiləri qeyri-qanuni ov alətlərinə ilişərək tələf olublar. Onları kimsə öldürməyib, sadəcə həmin torlara ilişiblər. Xəzərdə 100 metrlərlə uzunluğunda belə torlar var.

Axundov bildirib ki, nazirlik vaxtaşırı həm dənizdə, həm də kanallarda qanunsuz torların quraşdırılmasına qarşı monitorinqlər aparır: “Onlar çox nazik, lakin bərk olurlar. Balıq bunu görmür və ilişir. Xəzərdə də balıq ehtiyatı azaldığından, suitilər harada yem görürlərsə, hücum edirlər. Nəticədə belə torlara ilişərək tələf olurlar”.

Bu suitilər endemik növdür. Onlara yalnız Xəzər dənizində rast gəlinir və digər suitilərlə müqayisədə kiçikdirlər. Xəzər dənizində bu heyvanların sayı 100 mindən artıq deyil. Ötən əsrdə isə bu rəqəm bir milyon təşkil edib. Tədqiqatlar onu göstərir ki, balıq ehtiyatı azaldıqca suitilərin də sayı azalır.

Ehtiyatların azalmasına iqlim dəyişikliyi də təsir göstərir. 10 il ərzində suyun temperaturu 4-5 dərəcə artıb. Həmçinin 2015-ci ildən bəri Kürün axını 2 dəfə azalıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Xəzər sahilində suitilərin tələfatının səbəbləri nədir?”

Tövsiyə xəbərlər