TÖVSİYƏ XƏBƏRLƏR

Xaçmazda keçiriləcək kənd təsərrüfatı yarmarkasının vaxtı dəyişdirilib

Hava şəraiti ilə əlaqədar olaraq Xaçmazda keçiriləcək kənd təsərrüfatı yarmarkasının vaxtı dəyişdirilib. Bu barədə Aqroservis ASC-nin Facebook səhifəsində məlumat verilib.

Belə ki, “Açıq qapı sərgi-satış yarmarkası” 4 martdan 5 mart tarixinə keçirilib.

***

28.02.2022

“Aqroservis” ASC Xaçmaz Regional Nümayəndəliyində texnika satışına başlayıb. Bu barədə fevralın 28-də Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.

Martın 4-də saat 11:00-da Xaçmaz Regional Nümayəndəliyində “Açıq qapı sərgi-satış yarmarkası” keçiriləcək. Fermerlər tədbirdə müxtəlif növ texnika ilə tanış ola, onları sınaqdan keçirə və ala biləcəklər. Yarmarkaya çıxarılan texnikalar 40% güzəştlə lizinq və nağd yolla satışa çıxarılacaq.

Satış mərkəzində nümayiş olunan bütün texnikalar bazar qiymətlərindən 10% endirimlə satılacaq. Həmçinin müxtəlif məhsulların alışı zamanı 2 illik zəmanət, 1 illik texniki baxış, 1 illik “AgroUber” mobil platformasından ödənişsiz istifadə imkanı, çatdırılma, quraşdırma və texnikanın istifadə qaydalarına dair təlim hədiyyə ediləcək.

Qeyd edək ki, indiyədək texnika satış mərkəzi yalnız 3 yerdə, Şirvan, Ucar və Gəncədə fəaliyyət göstərirdi.

51651
agro.gov.az
30
6546
65161
5619+2
51651 agro.gov.az 30 6546 65161 5619+2