Xaş-xaş-2021: Xaçmazda 67 kq yaxın narkotik aşkarlanıb

Xaçmazda “Xaş-xaş-2021” əməliyyatı nəticəsində 67 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə DİN sentyabrın 4-də məlumat verib.

Rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Əlsafa Hüseynov saxlanılıb. Baxış zamanı onun yaşadığı evin həyətində 60 kiloqrama yaxın çətənə bitkisi və 7 kiloqramdan çox marixuana aşkar olunub.

Keçirilən əməliyyatlar zamanı rayon sakini Zahid Tahirov da saxlanılıb. Həmin şəxsin yaşadığı evdə baxış keçirilib. Nəticədə orada 22 ədəd kibrit qutusunda marixuana, 42 ədəd bükümdə heroin, “patı” və “şüşə” adlanan metamfetamin və 1 ədəd elektron tərəzi tapılıb.

Hər iki faktla bağlı istintaq aparılır.

Bundan əvvəl, sentyabrın 2-də Yevlax şəhər sakini tutulub. Onun evinin həyətyanı sahəsində 116 kiloqramdan çox olan 39 ədəd çətənə bitkisi və 5 kiloqramdan artıq marixuana aşkarlanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Xaş-xaş-2021: Xaçmazda 67 kq yaxın narkotik aşkarlanıb”

Tövsiyə xəbərlər