TÖVSİYƏ XƏBƏRLƏR

Xaçatryanın istintaqı yekunlaşdı

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 6 noyabr tarixində xəbər verir.

Növbəti mərhələdə prokuror ittiham nitqi ilə çıxış edəcək.

Proses sabah davam etdiriləcək.

Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış dinc azərbaycanlıların soyqırımında və digər ağır cinayətlərdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0.6., 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham irəli sürülüb.