Xaçmazda 67 yaşlı kişi güllələnib. Bu barədə 29 avqust tarixində APA məlumat verib.
Yaralanan 1956-cı il təvəllüdlü Seyidağa Əhmədov xəstəxanaya yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, o, tanıdığı şəxs tərəfindən vurulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.