Xaçmaz-Xudat yolundakı Qudyalçay üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə 15 sentyabr tarixində APA xəbər verib.
Hadisə Gəndob-Yalama yolunun 27-ci km-də baş verib.
Xəsarət alanlar – 57 yaşlı Əlisafa Heybətov, 39 yaşlı Efsun Qarayev və 24 yaşlı Elvin Səfərəliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Bir neçə istiqamətdə alternativ yollar istifadəyə verilib.
Körpünün uçmasına səbəbin aramsız yağan yağışlar nəticəsində çayda suyun artması və bu səbəbdən körpünün dayaqlarından birinin aşınması olduğu bildirilib.
***
09:42
Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub. Bu barədə 15 sentyabr tarixində APA xəbər verib.
Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb.
Xəsarət alanlar var.
Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.