Xaçmazda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 25 avqust tarixində xəbər verir.
Avqustun 24-də 20 yaşlı Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində aralarında yaranmış mübahisə zamanı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb. Sakit Muxtarov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.