TÖVSİYƏ XƏBƏRLƏR

Xaçmazda 43 yaşlı qadın bıçaqlanıb: onun həyat yoldaşı barəsində cinayət işi başlanıb

Xaçmazda 43 yaşlı həyat yoldaşını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb. Bu barədə İnsanoid bu gün, 9 sentyabr tarixində Report-a istinadən xəbər verir.

Ötən gün Xaçmaz rayon sakini, 43 yaşlı Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri, 41 yaşlı Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx