Xaçmazda həmyerlisinə tüfənglə xəsarət yetirən şəxs saxlanılıb. Bu barədə İnsanoid-ə 29 avqust tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Avqustun 29-da Xaçmaz sakini Seyidağa Əhmədov odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Araşdırma zamanı ona rayon sakini Raqif Manafov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən olunub.
R.Manafov saxlanılıb və ondan cinayət əməlini törətdiyi zaman istifadə etdiyi ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.