Xaçmazda narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb. Bu barədə 17 yanvar tarixində Report məlumat verib.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Serqey Yudin və Elmar Siracov saxlanılıblar. Həmin şəxslərin üzərinə və avtomobilinə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 1,5 kiloqram heroin və 98 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə Etibar Talıbov və Natiq Mütəllimov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman yarım kiloqramdan çox marixuana, heroin və 9 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.