TÖVSİYƏ XƏBƏRLƏR

Xaçmazda Qadın Resurs Mərkəzinin açılışı olub

Xaçmazda Qadın Resurs Mərkəzi açılıb. Bu barədə 31 may tarixində Report məlumat verib.

Məlumata əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı və USAID-lə birgə həyata keçirdiyi layihə çərçivəsində yaradılmış Xaçmaz Qadın Resurs Mərkəzi qadınların biznes fəaliyyətlərinin, onların bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına kömək edir. Bundan əlavə, burada həssas təbəqədən olan qadınlara hüquqi və psixoloji dəstək göstərilir.

Bildirilib ki, Xaçmaz Qadın Resurs Mərkəzi ilkin fəaliyyətlərinə 2020-ci ildə başlayıb. Mərkəzin rəsmi açılışı qlobal pandemiya səbəbindən həmin il mümkün olmayıb.

Qeyd olunub ki, fəaliyyətə başladığı gündən bəri Mərkəz 23 qadına öz biznesini qurmaqda dəstək olub, o cümlədən, 104 qadın üçün biznesin inkişafı, maliyyə savadlılığı, SMM kimi mövzularda təlimlər təşkil edib.

2022-ci ilin sonuna kimi 15 qadın sahibkara öz biznesini qurmalarında dəstək göstəriləcək, habelə 40 qadın üçün peşə təlimləri təşkil ediləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx