Xaçmaz şəhərinin Bakı prospektində “Khazar Assamant” markalı minik avtomobili velosipedçini vuraraq öldürüb. Bu barədə Report 26 may tarixində xəbər verib.
Velosipedlə hərəkətdə olan, hələ ki şəxsiyyəti məlum olmayan, təxminən 50 yaşlarında olan kişini avtomobil vurub.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.