Müşfiq Rəsulov

Xaçmazlı narkotacir Qubada beşbarmaq və narkotiklə saxlanılıb

Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 21 yanvar tarixində xəbər verir.

Narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışında şübhəli bilinən Xaçmaz rayon sakini Müşfiq Rəsulov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq (kastet) aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı M.Rəsulovun Xaçmaz rayonu ərazisində narkotik alverçisi kimi tanındığı müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx