Natəvan Şua qızı Şeyxova 1945-ci ilin məhz bu günü Bakıda anadan olub. Bu barədə İnsanoid bu gün, 18 mart tarixində xəbər verir.
O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında Solo oxuma kafedrasında təhsil alıb.
1994-cü ildən Solo oxuma kafedrasının dosentidir. Həmin ildən də BMA-da Vokal kafedrasında çalışır.
Özünü aktrisa kimi də sınayan Natəvan Şeyxova “Onun böyük ürəyi” filmində Lalə obrazını canlandırıb.
1998-ci ildən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2006-cı ildən isə Xalq artisti olan sənətkar 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Natəvan Şeyxova aktyor Ramiz Şeyxovun bacısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadənin həyat yoldaşıdır.