“Xalq Sığorta” ASC-nin İdarə Heyətinin sədri (İH) Raman Kurbanau vəzifəsindən azad edilib. Bu barədə Report 18 may tarixində xəbər verib.
Şirkətə rəhbərlik Roman Vəliyevə həvalə olunub.
O, indiyə qədər “Xalq Həyat Sığorta” ASC-nin İH-nin sədri olub. R.Vəliyevin yerinə isə müvəqqəti olaraq, onun müavini İsmayıl Əliyev gətirilib.
“Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.
“Xalq Həyat Sığorta” isə 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta”ya məxsusdur.