Xankəndində ermənilər evlərini kütləvi şəkildə satır

“List.am” erməni əmlak satışı saytına istinadən, hazırda Xankəndi və ətrafında yerləşən yüzlərlə əmlaklar – mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələri satışa çıxarılıb.

Xankəndidə yaşayan ermənilərin əksəriyyəti evlərini satıb şəhəri tərk edirlər. Səbəb isə rus sülhməramlıların Qarabağı 5 ilə tərk etmələridir.

Satılan mənzillərin qiyməti yüksək göstərilsədə, tez sata bilmək üçün yüksək endirimlər edirlər. Tərk etmələrinə Ermənistan hakimiyyəti məhdudiyyətlər qoyduğuna görə, Xankəndi sakinləri evlərini yandırmaqla etiraz edirlər.

İşğaldan əvvəl təkcə Xankəndində 12 000-dən artıq azərbaycanlı yaşayıb. İlham Əliyev avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib ki, Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər bizim cəmiyyətimizə inteqrə edilməlidir, onlar üçün bu daha böyük fürsətlər yaradacaq.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Xankəndində ermənilər evlərini kütləvi şəkildə satır”

Tövsiyə xəbərlər