Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün 2 oktyabr tarixində xəbər verir.
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell Telekom” MMC Ağdərə və Xocalıdan sonra Xankəndi şəhərini də şəbəkəyə qoşub.
Hazırda Qarabağda “Azercell”in 100-dən çox LTE texnologiya əsaslı baza stansiyası fəaliyyət göstərir. Mobil operator Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Laçın rayonunda lider mobil operator 15-dən çox baza stansiyası quraşdırıb.