Xankəndi-Laçın yolunda aksiya 40 gündür davam edir

Xankəndi-Laçın yolunda aksiya 40 gündür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx gündür davam edir. Bu barədə 20 yanvar tarixində Report məlumat verib.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 66 avtomobil maneəsiz hərəkət edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx