Yenilənib:
Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 64-ə çatıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 8 avtomobil isə Laçından Xankəndi istiqamətinə keçid ediblər.
14:02
Rusiya sülhməramlılarına məxsus daha 5 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, 1 yük avtomobili isə Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
11:54
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 30 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
2 minik və 28 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
11:26
Xankəndi-Laçın yolundakı etiraz aksiyası davam edir. Bu haqda bu gün, 24 mart tarixində İnsanoid Report-a istinadən xəbər verir.
Aksiyanın 103-cü günündə ekofəallar həmişə olduğu kimi, səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Həmçinin onlar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirbər.
Cari gün bu dəqiqələrə qədər Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 7 minik avtomobili, sülhməramlıların isə 2 yük, 1 media və 1 minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.