TÖVSİYƏ XƏBƏRLƏR

Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verilib

Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verilib. Bu barədə İnsanoid Fed.az– a istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.

Respublikanın digər şəhər və rayonlarından artıq 026 22 kodunu yığmaqla Xankəndi ilə əlaqə saxlamaq mümkün olacaq. Beynəlxalq danışıqlar zamanı isə “+994 26 22X XX XX” yığım formatı tətbiq olunacaq.

İlk olaraq, Bakıdan Xankəndiyə “026 22X XX XX” yığım formatı ilə zəng təşkil edilib.

Xocalı üçün “+994 26 205 XX XX”, Əsgəran üçün isə “+994 26 206 XX XX” nömrələri tanıdılıb və xidmət gələcəkdə Xankəndi ATS-dən göstəriləcək.

Yəni mərkəz olaraq Xankəndi seçilib. Qısa zamanda bu iş icra edilib.