Xankəndidə dinc əhalinin böyük bir qrupu qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.
Bu barədə 23 sentyabr tarixində Caliber Telegram kanalı məlumat verib.
Məlumata görə, hazırda erməni əsilli mülki şəxslərin böyük bir qrupu Xankəndini tərk edərək Ermənistana getmək istəyir. Müraciətləri nəzərə alaraq, Azərbaycan tərəfi bu məqsədlə lazımi təhlükəsiz dəhliz yaradıb.
Lakin Qarabağdakı qanunsuz separatçı rejimin qalıqları buna mane olaraq, mülki şəxslərdən girov və canlı qalxan kimi istifadə edirlər.
Onlar qorxurlar ki, mülki əhalinin şəhərdən çıxması rejimin tamamən ləğv olunmasına və liderlərinin həbsinə gətirib çıxaracaq.