Şuşa və Ağdama səfər edənlərin sayı 21 mini keçib

Xaricdə doktorantura oxumaq istəyənlərin nəzərinə!

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-cü il üzrə ilk sənəd qəbuluna başlanılır.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı və elana dair ətraflı məlumatı müvafiq keçidlər vasitəsilə əldə etmək mümkündür.

Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.

“Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz”, – məlumatda qeyd olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx