TÖVSİYƏ XƏBƏRLƏR

Xaricdə təhsil alan daha 117 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 729 müraciətin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə 3 noyabr tarixində APA Təhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadən məlumat verib.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 99, təhsilalma forması üzrə 10, dövlət nümunəli olmayan diplom üzrə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ukraynadan 261, Rusiyadan 197, Türkiyədən 132, Gürcüstandan 54, Belarus Respublikasından 40, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat üzrə 43 müraciət qeydə alıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

Qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə tanınması imtahanında iştirak edən müraciətlərin 47%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə edib. Müraciətlərin 53%-i isə imtahanda keçid balı toplamayıb və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə edib.