TÖVSİYƏ XƏBƏRLƏR

Xaricdə təhsil almış 22 nəfərin diplomu tanınmayıb

Avqust ayı üzrə 200 müraciətçinin 178-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 22 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə 30 avqust tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat verib.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 81, Rusiyadan 63, Ukraynadan 22, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 9, Gürcüstandan 6, digər ölkələrdən isə 19 müraciətin olduğu bildirilib.

Qeyd olunub ki, ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 27, hüquqşünaslıq üzrə 16, iqtisadiyyat üzrə 11, biznesin idarə edilməsi 10, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx