Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Xaricdən qayıdarkən telefon gətirənlərin nəzərinə!

2023-cü il fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq. Bu barədə 30 yanvar tarixində İnsanoid Nazirliyə istinadən məlumat verib.

Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinə müraciət edilməlidir.

Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az portalı və ya “Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilməlidir.

Belə ki, fevralın 15-dən xaricdən gətirilən cihaz gömrükdə bəyan olunub və rüsumları ödənilməsə, həmin cihazın ölkə daxilində IMEI qeydiyyatını həyata keçirmək mümkün olmayacaq.

Rüsum 36%-dir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx