TÖVSİYƏ XƏBƏRLƏR

Xarici ticarətlə məşğul olan sahibkarlara xoş xəbər: DGK yeni layihəyə start verir

Xarici ticarətlə məşğul olan sahibkarlar malların təsnifatının və mənşə ölkəsinin müəyyən edilməsi üçün artıq günlərlə ekspertiza nəticələrini gözləməklə əlavə vaxt itirməyəcəklər. Bu barədə 14 dekabr tarixində Dövlət Gömrük Komitəsi məlumat verib.

Komitənin reallaşdırdığı yeni “Məcburi Qərarlar” layihəsinə əsasən, Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən malların təsnifatı, mənşə ölkəsi müəyyənləşdiriləcək və qəbul edilən qərarlar öncədən sahibkarlara təqdim olunacaq.

Belə ki, idxal və ya ixrac olunan mallara dair məlumatlar əvvəlcədən gömrük xidmətinə elektron qaydada göndəriləcək.

Artıq biznes subyektləri Komitənin rəsmi internet səhifəsinin “Sahibkarlar üçün” bölməsinə daxil olmaqla “Məcburi Qərarlar” altbölməsindən müraciətlərini ünvanlaya bilərlər.

Gömrük bəyannaməsinin 44-cü qrafasında əldə olunan məcburi qərar təsnifatla bağlıdırsa, 5 013, mənşə ölkəsi ilə bağlıdırsa, 7 001 kodu, qərarın nömrəsi və tarixi qeyd edilməlidir.

Malların gömrük rəsmiləşdirilməsi zamanı təsnifat kodunun və ya mənşə ölkəsinin müəyyənləşdirilməsi təkrar ekspertiza aparılması zərurətini aradan qaldırır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx