Bu ilin yanvar-sentyabr aylarında əcnəbilər bank kartları vasitəsilə 1 657,7 milyon manatlıq (təxminən 1 milyard dollar dəyərində) əməliyyat aparıblar.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,7 % çoxdur.
Təkcə sentyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 155,5 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 25 % çoxdur.