top
Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı
19 dekabr 2025, 07:00
- ↺ +

Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteyn işində yeni foto və sənədləri ictimaiyyətə təqdim edib.

Qafqazinfo.az xəbər verir ki, dərc olunan fotolar arasında “Microsoft”un qurucusu Bill Qeytsin üzü gizlədilən bir qadınla birlikdə çəkilmiş fotosu da yer alır. Sözügedən görüntü sosial mediada və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Açıqlanan fotolar ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin Demokrat üzvləri tərəfindən paylaşılıb. Materiallarda Epşteynin malikanəsi ilə bağlı yeni şəkillər, sənədlər və digər vizual sübutlar da yer alır.

Paylaşılanlar arasında Epşteynin adına verilmiş Ukrayna pasportu, gənc qızların göndərilməsi ilə bağlı ifadələrin yer aldığı mesajların ekran görüntüləri, eləcə də, Vladimir Nabokovun “Lolita” romanından bir sitatın əks olunduğu şəkil diqqət çəkir. Bu materiallar Epşteyn işinin əhatə dairəsinin daha da genişləndiyini göstərir.

Yeni fotolar arasında Epşteynin ofisində qadınlarla əhatə olunduğunu göstərən görüntülər də var. Bu şəkillər işin məzmunu ilə bağlı sualları daha da artırıb.

Yayımlanan şəkillər arasında Epşteynin məşhur dilçi və filosof Noam Çomski ilə təyyarədə söhbət etdiyini əks etdirən foto da yer alır.

Komitə üzvləri bildiriblər ki, fotolarda üzlər və şəxsi məlumatlar senzuradan keçirilib. Demokratlar məqsədlərinin hər hansı şəxsi birbaşa ittiham etmək deyil, şəffaflığı təmin etmək olduğunu vurğulayıblar, fotoların kontekst və tarixi məlumat olmadan təqdim edildiyini qeyd ediblər.

Qeyd edək ki, bundan əvvəl də ABŞ Prezidenti Donald Tramp, ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və Böyük Britaniya şahzadəsi Endryunun fotoları Ceffri Epşteynin arxivindən üzə çıxmışdı.

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 21 oktyabr

Cəmiyyət
Dünən, 17:29

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Cəmiyyət
Dünən, 17:22

Məkkədə qeyri-əxlaqi hərəkətə görə iki Banqladeş vətəndaşı edam edilib

Cəmiyyət
Dünən, 16:02

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - Sərəncam

Cəmiyyət
Dünən, 15:58

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

Cəmiyyət
Dünən, 15:16

Bakıda ev və torpaq harada daha ucuzdur?

İdman
Dünən, 14:22

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan" - MÜSAHİBƏ + FOTO

Cəmiyyət
Dünən, 14:04

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub

Cəmiyyət
Dünən, 13:28

Nəsrin Cavadzadə tənqidlərə cavab verdi: "Məhkəmədə hesablaşacağam"

Cəmiyyət
Dünən, 12:37

Sabah rayonlara yağış yağacaq

Cəmiyyət
Dünən, 12:12

Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytar həkimlərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Cəmiyyət
Dünən, 12:04

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır

Cəmiyyət
Dünən, 11:21

Kim Çen İnin sağ-salamat olduğu bildirilir

Cəmiyyət
Dünən, 09:52

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

Cəmiyyət
Dünən, 09:39

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:04

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:05

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 20 oktyabr

Cəmiyyət
19 oktyabr 2026, 17:40

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Cəmiyyət
19 oktyabr 2026, 17:23

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

Cəmiyyət
19 oktyabr 2026, 15:42

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub

Cəmiyyət
19 oktyabr 2026, 15:04

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Cəmiyyət
19 oktyabr 2026, 14:21

Bir qrup energetik təltif edilib - Sərəncam

Cəmiyyət
19 oktyabr 2026, 12:44

Sabah rayonlara yağış yağacaq

Oxşar xəbərlər