top
Borc müqalivəsində nələr yazılmalıdır? - Ali Məhkəmə cavablandırıb
31 mart 2026, 23:50
- ↺ +

Borc müqalivəsində nələr yazılmalıdır? - Ali Məhkəmə cavablandırıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gündəlik həyatda insanlar tez-tez bir-birinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir.

İnsanoid.com Ali Məhkəməyə istinadən xəbər verir ki, praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır.

Borc müqaviləsi nə vaxt yazılı formada bağlanmalıdır?

Qanunvericiliyə əsasən, borcun məbləği 3000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Yazılı forma niyə vacibdir?

Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.

Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir.
Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur.

Borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir. Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.

Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur.
Tövsiyələr

Borc münasibətlərinə daxil olarkən gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə olunur:

• borcun məbləği 3000 manatdan artıq olduqda mütləq yazılı müqavilə bağlamaq;
• müqavilədə borcun məbləğini, qaytarılma müddətini və ödəniş qaydasını dəqiq göstərmək;
• mümkün olduqda pul vəsaitini bank köçürməsi vasitəsilə vermək;
• borcun verilməsi və qaytarılması zamanı qəbz və ya yazılı təsdiq almaq;
• tərəflər arasında aparılan mesajlaşmaları və digər yazışmaları saxlamaq;
• zəruri hallarda müqavilənin tərtibi üçün peşəkar hüquqi məsləhət almaq.

Borc müqaviləsinin düzgün tərtib olunması və münasibətlərin şəffaf şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunmasına, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 21 oktyabr

Cəmiyyət
Dünən, 17:29

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Cəmiyyət
Dünən, 17:22

Məkkədə qeyri-əxlaqi hərəkətə görə iki Banqladeş vətəndaşı edam edilib

Cəmiyyət
Dünən, 16:02

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - Sərəncam

Cəmiyyət
Dünən, 15:58

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

Cəmiyyət
Dünən, 15:16

Bakıda ev və torpaq harada daha ucuzdur?

İdman
Dünən, 14:22

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan" - MÜSAHİBƏ + FOTO

Cəmiyyət
Dünən, 14:04

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub

Cəmiyyət
Dünən, 13:28

Nəsrin Cavadzadə tənqidlərə cavab verdi: "Məhkəmədə hesablaşacağam"

Cəmiyyət
Dünən, 12:37

Sabah rayonlara yağış yağacaq

Cəmiyyət
Dünən, 12:12

Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytar həkimlərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Cəmiyyət
Dünən, 12:04

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır

Cəmiyyət
Dünən, 11:21

Kim Çen İnin sağ-salamat olduğu bildirilir

Cəmiyyət
Dünən, 09:52

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

Cəmiyyət
Dünən, 09:39

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:04

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:05

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 20 oktyabr

Cəmiyyət
19 oktyabr 2026, 17:40

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Cəmiyyət
19 oktyabr 2026, 17:23

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

Cəmiyyət
19 oktyabr 2026, 15:42

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub

Cəmiyyət
19 oktyabr 2026, 15:04

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Cəmiyyət
19 oktyabr 2026, 14:21

Bir qrup energetik təltif edilib - Sərəncam

Cəmiyyət
19 oktyabr 2026, 12:44

Sabah rayonlara yağış yağacaq

Oxşar xəbərlər