top
Canlı efirdə səslənən şəxsi məlumatlara görə media subyekti də məsuliyyət daşıyacaq
09 fevral 2026, 00:58
- +

Canlı efirdə səslənən şəxsi məlumatlara görə media subyekti də məsuliyyət daşıyacaq

Ali Məhkəmə şəxsi həyata hörmətsizliyin hüquqi nəticələrini müəyyən edib.

İnsanoid.com xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmə dekabrın 24-də “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib: "Belə ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürürdü, məlumatın həqiqi olduğu ortaya çıxdıqda isə iddialar təmin olunmurdu. Halbuki, şəxsin barəsində doğru məlumatların öz razılığı olmadan yayılması da qanun pozuntusudur.

Bu hal konstitusion səviyyədə qorunan şəxsi toxunulmazlıq hüququna müdaxilədir və bu hüququ pozulan hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini, belə məlumatların çıxarılmasını (ləğv edilməsi), ona dəymiş mənəvi zərərin ödənilməsini və s. tələb edə bilər.

Şəxsi və ailə həyatına hörmət hüququ nədir?

Şəxsi və ailə həyatına hörmət hüququ - şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından mühafizə olunmaq hüququdur. Şəxs öldükdə belə bu hüquq vərəsələri tərəfindən müdafiə oluna bilər.

Şəxs barəsində tibbi məlumatlar, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatlar, ünvanı, ailə vəziyyəti, boyu, yaşı, cinsi, ər-arvad arasındakı şəxsi münasibətləri (emosional, cinsi və s.), ailədaxili davranışlar, boşanma səbəbləri, uşaqların mənşəyi və sağlamlıq vəziyyətləri, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatların şəxsin öz razılığı və ya heç bir qanuni əsas olmadan toplanması, saxlanması, istifadəsi və yayılması, pis niyyətlə şəxsin özünə bildirilməsi qadağandır və mülki məsuliyyətə səbəb olur.

Məqsədli şəkildə və aktiv hərəkətlərlə, heç bir qanuni əsas olmadan, özbaşına kiminsə barəsində məlumat toplamaq qadağandır.

Şəxsi və ailə sirri məlumatları aid olduğu şəxslərin razılığı olmadan yaymaq qadağandır. Xüsusilə televiziya və ya radio proqramlarında, sosial şəbəkələrdə və s. kütləvi üsullarla bildirilməsi yayılmanın kütləviliyi baxımından daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər. Yayılma audio-videoyazı yolu ilə edilmişsə, onu yayan şəxslə yanaşı media subyekti birmənalı olaraq şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə bağlı məsuliyyət daşıyacaq.

Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı halda, mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarda media subyektləri canlı efirə çıxacaq şəxsləri səsləndirdikləri məlumatlara və davranışlara görə insanların şəxsi və ailə həyatına hörmət hüququnun pozulması baxımından məsuliyyət daşıyacaqları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etməlidirlər, əks halda baş vermiş pozuntulara görə media orqanı özü də məsuliyyət daşıyacaq.

Bundan başqa Ali Məhkəmə yeni qərarla şəxsin mənzilinə, işçiyə ayrılmış xidməti otağa, rəflərinə, iş masasına, kompüterinə, şəxsin çantasına, cibinə onun razılığı, habelə müvafiq qanuni əsas olmadan daxil olmanı da şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirib.

Bu hüquqların pozulması cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq, mülki məsuliyyətə səbəb olacaq.

Şəxsi və ailə sirri təşkil edən məlumatları yaymış şəxslərlə bərabər bu məlumatın saxlanılmasına məsul olan şəxslər, qurumlar, idarə və müəssisələr, iş yerlərinin kadrlar sistemində mövcud olan işçilərə (digər əsasla xidmət göstərən şəxslərə) dair məlumatları və insan resurslarını idarə edən məsul şəxslər, işəgötürənlər, klinikalar, mobil operator şəbəkələri, banklar və vətəndaşlara xidmət göstərən digər müəssisələr, dövlət orqanları, sosial şəbəkə platformaları, hüquqi və fiziki şəxslər də məlumatların qanunazidd şəkildə kənar şəxslərə əlçatanlığını təmin edən şəxs kimi məsuliyyət daşıyacaqlar.

Bəs hansı hallarda şəxsi və ailə sirri təşkil edən məlumatların yayılması qanunidir?

Ali məhkəmə bu hallara da aydınlıq gətirib. Belə məlumatların yayılmasına şəxsin öz razılığı varsa, mülki məsuliyyət yaranmır. Razılıq açıq şəkildə ifadə edilməli, qanuna və ya əxlaqa zidd olmamalıdır. Şəxs öz razılığını həm yazılı, həm də şifahi formada verə, yaxud davranışı ilə və ya susaraq göstərə bilər. Məsələn, şəxs sosial şəbəkədə onun barəsində razılığı alınmadan edilmiş paylaşımı bəyənib və altından pozitiv rəy yazıbsa, razılıq vermiş hesab olunur.

Bu zaman yayılma ictimai marağı aşmamalıdır. Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir. Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın yayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurlu olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmir."

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:22

"TikTok" üçün video çəkən zaman cərəyan vuran yeniyetmənin SON DURUMU AÇIQLANDI

Bütün Xəbərlər
Dünən, 15:52

Astarada dənizdə boğulduğu iddia edilən şəxsin hava yolu ilə ölkəni tərk etdiyi məlum olub

Bütün Xəbərlər
Dünən, 15:39

Oqtay Əmənullayev vəzifəsindən AZAD OLUNDU

Bütün Xəbərlər
Dünən, 15:33

Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağıl yol qəzasının bəzi təfərrüatları məlum olub

Bütün Xəbərlər
Dünən, 14:31

Xalq artisti Şükufə Yusupova ağır yol qəzası keçirib, vəziyyəti ağırdır - YENİLƏNİB

Bütün Xəbərlər
Dünən, 12:35

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bütün Xəbərlər
Dünən, 12:27

Ağstafada "TikTok" üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU

Bütün Xəbərlər
Dünən, 12:14

Bazar günü 40 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:40

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Bütün Xəbərlər
Dünən, 11:39

Ötən gün qanunsuz saxlanan 15 silah, 2 qumbara aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 10:47

Əməkdar jurnalist Nurani vəfat edib

Bütün Xəbərlər
21 avqust 2026, 16:31

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında müdafiə sahəsində Anlaşma Memorandumunu təsdiq edib

Bütün Xəbərlər
21 avqust 2026, 16:24

Azərbaycan və Türkmənistan arasında gömrük üzrə əməkdaşlıq protokolu təsdiqlənib

Bütün Xəbərlər
21 avqust 2026, 16:20

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

Bütün Xəbərlər
21 avqust 2026, 13:53

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Bütün Xəbərlər
21 avqust 2026, 12:43

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi

Bütün Xəbərlər
21 avqust 2026, 12:33

Vüsal Nəsirli ona yüksək vəzifə verdi

Bütün Xəbərlər
21 avqust 2026, 12:28

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bütün Xəbərlər
21 avqust 2026, 09:55

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək

Bütün Xəbərlər
21 avqust 2026, 09:48

Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

Bütün Xəbərlər
20 avqust 2026, 17:36

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Bütün Xəbərlər
20 avqust 2026, 17:22

Almatı dağlarında 19 il əvvəl itkin düşmüş alpinistin qalıqları tapılıb

Bütün Xəbərlər
20 avqust 2026, 16:45

Prezident İlham Əliyev turizmin inkişafı ilə bağlı yeni Dövlət Proqramını təsdiqləyib

Bütün Xəbərlər
20 avqust 2026, 16:19

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib

Oxşar xəbərlər